"BakıKart"ın balansını onlayn artırmaq mümkün oldu - Video

15:14 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az.  "BakıKart"ın balansını onlayn artırmaq mümkün oldu.

Bu barədə ABC.AZ Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasına əsasən xəbər verir.

Bildirilir ki, bunun üçün  sərnişinlər online.bakikart.az portalına daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını 2 üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq.

Həmçinin, vətəndaşlar “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcək. Yaxın bir həftə ərzində isə Bakıdakı "MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər.

Вся лента