Laçında abadlıq işlərinə 435 min manat ayrıldı - Qalib şirkət bəlli oldu

16:36 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Laçın Rayonu İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, abadlıq işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.

Açıq tenderin qalibi "PLUTON-K" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Laçın Rayonu İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi qalibə 435 min manat ödəyəcək.

 

Вся лента