Pay torpaqlarında dəqiqləşdirmə aparılır

17:05 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, torpaqlardan istifadədə mövcud uyğunsuzluqların aradan qaldırılması və nəzərdə tutulmuş tədbirlərin yekunlaşdırılması çərçivəsində dürüstləşdirmə işləri davam etdirilir.

ABC.AZ xəbər verir ki, fərmandan irəli gələn tapşırıqlara uyğun olaraq bu işlər 5 ay müddətində başa çatdırılacaq.

Qeyd edək ki, Xidmət tərəfindən torpaqların elektron kadastr uçotu işi ölkə ərazisində 51 rayon üzrə yekunlaşıb. 51 rayondan 47-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrasına başlanılıb. 47 rayondan 10-da (Ağsu, Qobustan, Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Ağcabədi, Ağdaş, Ağdam və Şamaxı rayonlarında) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilib.

 

Вся лента