Eldar Əzizov müşavirə keçirdi - Bakının rayon icra başçıları xəbərdarlıq olundu

10:18 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib.

İcra Hakimiyyətindən ABC.AZ-a verilən məlumata görə, videomüşavirədə 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub.

Bununla əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçıları və bəzi xidmət sahələrinin rəhbərləri yol verilən nöqsanlara görə ciddi xəbərdar edilib.

Qeyd edilib ki, baxmayaraq ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu İcra Hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür.

 

Вся лента