BS/2 Azərbaycana CPS hesablama və çeşidləmə avadanlığı tədarük etməyə başlayacaq

10:49 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. BS/2, nağd pulun sayılması və çeşidlənməsi üçün avadanlıq istehsalında dünya liderlərindən biri olan CPS şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan etdi. Müqavilə Azərbaycan Respublikasını da əhatə edir.

"BS/2, bank və pərakəndə satış sənayesi üçün avadanlıq tədarük etməkdə, bu sahələrdə praktiki olaraq  bütün böyük və orta təşkilatlarla işləməkdə zəngin təcrübəyə malikdir. Şirkətimiz pul dövriyyəsinin optimallaşdırılması üçün proqram məhsullarının tətbiqində ilk pioner olmuşdur. Artıq bir neçə ildir ki, tərəfdaşlarımız olan Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı bizim proqram həllərindən uğurla istifadə edirlər.  Nağd əməliyyatlarının optimallaşdırılmasına xidmət edəcək növbəti addım isə hesablama və çeşidləmə avadanlıqlarının qoşulması sayəsində baş tutacaqdır",  - BS/2 Azərbaycan şirkətinin direktoru İlqar Həsənov.

Bu cür avadanlıqlar saxta və ya köhnəlmiş əsginasların sayılması və yoxlanılması da daxil olmaqla, kassa aparatlarında və kassalarda nağd pul emalını sürətləndirir. Dövriyyədə olan nağd pulun həcminin ildən-ilə artdığını nəzərə alaraq, bu cihazların istifadəsi banklar və pərakəndə satış şəbəkələri üçün xüsusilə aktuallağını qoruyur.

BS/2 Azərbaycan banklar və pərakəndə satıcılar üçün bankomat və digər avadanlıqların təchizatçısı kimi tanınır. Bundan əlavə, şirkət hərtərəfli İT həllərinin tətbiqi və dəstəklənməsi üzrə kompleks layihələr həyata keçirir, hətta ekvayrinq şəbəkənin autsorsinq edilməsi də daxil olmaqla geniş çeşidli xüsusi xidmətlər göstərir.

2016-cı ilə qədər De La Rue-nın bir hissəsi olan ingilis şirkəti CPS, 60 ildən artıqdır ki, 100 ölkədə öz proqram həllərini təqdim edir.

Вся лента