Daha bir DOST Mərkəzi açılacaq - Bu dəfə Şuşada

11:49 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. DOST mərkəzlərinin işğaldan azad olunmuş ərazilərdə yaradılması da nəzərdə tutulub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Vətən müharibəsi şəhidlərinin övladlarına həsr olunan "Hərə bir qəhrəman oldu" adlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.

Onun sözlərinə görə, ilk DOST mərkəzi 2022-ci ildə Şuşada yaradılacaq: "Ümumilikdə Qarabağın hər bölgəsinin DOST mərkəzləri ilə əhatə olunması nəzərdə tutulub".

 

Вся лента