Azərbaycanda istehlak qiymətləri artacaq - BVF-dən proqnoz

17:23 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,5% artacaq.

ABC.AZ xəbər verir ki,  fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışına görə, 2022-ci ildə isə ortaillik inflyasiya 3,2% səviyyəsində gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir.

 

Вся лента