Prezident "Pandora sənədləri"ndən danışdı

14:18 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, müsahibə zamanı dövlət başçısı bir sıra vacib məsələlərə toxunub. Jurnalistin “Siz müdafiə olaraq “Pandora sənədləri” haqqında nə deyərdiniz?” sualına cavab olaraq dövlət başçısı deyib: "Bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır".

Вся лента