Kredit portfelini 4 faiz artıran Bank – Hesabat

16:33 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. PAŞA Bank 2021-ci ildə ümumi kredit portfelini 4% artıraraq 2,259,340 min manata çatdırıb və kreditləşmədə ciddi artım əldə edib.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın 2021-ci ilin ilk yarımilliyə dair fəaliyyətinin yekunları ilə bağlı hesabatda vurğulanıb.

Qeyd olunub ki, Bankın portfel üzrə effektiv ehtiyat dərəcəsi 3,92% (2020: 2,55%) təşkil edib.

Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən də bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depozit bazası 2021-ci ildə 4,506,393 min manata (2020: 3,966,289 min AZN) çatıb.

Müəllif: Elmir Murad

Вся лента