Bir gündə bu qədər vaksin vurulub Azərbaycanda

17:19 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Son sutkada koronavirus əleyhinə 32 200 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 484, ikinci mərhələ üzrə 15 716 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 289 672, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 726, ikinci mərhələ üzrə isə 4 281 946 nəfər təşkil edir.

 

Вся лента