Azərbaycanda e-ticarət əməliyyatları 50% artıb

14:43 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2021-ci ilin sentyabr ayı ərzində e-ticarətlə aparılan əməliyyatların həcmi 710 milyon manata çatıb. Bu da Azərbaycan tarixində tarixi maksimum deməkdir.

ABC.AZ  Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki,  ay ərzində 9 milyon 708 min ədəd əməliyyat keçirilib.

Beləliklə, 2021-ci ilin 9 ayı ərzində 69 milyon 8 min əməliyyat aparılıb və 3 milyard 988 milyon manatlıq e-ticarət ödənişləri həyata keçirilmişdir.

2020-ci ilin eyni dövründə 2 milyard 650 milyon manat olduğunu nəzərə alsaq, 50.5% artım deməkdir.

 

Вся лента