Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır

11:40 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" sazişin qüvvədəolma müddəti uzadılır.

Xəbər verilir ki, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılır.

Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair protokol Milli Məclisdə müzakirəyə çıxarılacaq.

© Report

Вся лента