Azərbaycan və Monqolustan arasında əməkdaşlıq Sazişi imzalanıb

12:15 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Oktyabrın 21-də Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş imzalanıb.

ABC.AZ xəbər verir ki, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin imzalayıblar.

Qeyd olunur ki, Sənəddə Monqolustanla iqtisadi əməkdaşlıq sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, ticarət, investisiya, nəqliyyat-tranzit, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulur.

 

Вся лента