Azərbaycanın sığorta bazarı 13% böyüyüb

15:35 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 655,62 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 373,491 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4% çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

© Report

Вся лента