Audit şirkətləri “Big Audit Kuboku” mini futbol turnirində bir araya gəldilər

16:12 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Azərbaycanın beynəlxalq audit şirkətləri “Big Audit Kuboku” mini futbol turnirində bir araya gəldilər.

Turnirdə Azərbaycanın qabaqcıl audit şirkətləri sırasında olan EY Azərbaycan, Deloitte Azərbaycan, KPMG Azərbaycan və Baker Tilly Azərbaycan iştirak edirlər.

Şirkətlər arasında dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində EY və Baker Tilly tərəfindən təşkil edilmiş turnirə 23 Oktyabr 2021-ci il tarixdə start verilir.

PWC Azərbaycan bəzi səbəblərdən turnirdə iştirak edə bilmir.

 

Вся лента