Azərsu Saatlının Nərimanov kəndində layihəsini yekunlaşdırıb

17:08 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. “Azərsu” ASC daxili imkanları hesabına Saatlı rayonunun Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsini yekunlaşdııb.

ABC.AZ xəbr verir ki, yeni su təchizatı sistemlərinin istismara verilməsi mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və  “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev iştirak edib.

Qeyd olunubki, 2020-ci ilin sonlarında icrasına başlanmış layihəyə əsasən, yaşayış məntəqələrinin içməli su təchizatı Kür Sutəmizləyici Qurğuları-Sabirabad-Saatlı qrup su kəməri hesabına aparılacaq. Bu məqsədlə Saatlı şəhərindəki mərkəzi su anbarından Nərimanov kəndinə qədər 5 km uzunluğunda magistral su kəməri çəkilib. Nərimanov kəndində 5,5 km uzunluğunda paylayıcı şəbəkə və əhalinin ümumi istifadəsi üçün 17 bulaq inşa olunub.

Yeni çəkilmiş magistral kəmərdən məcburi köçkün qəsəbəsinə də çıxış verilib və 1 km uzunluğunda birləşdirici kəmər çəkilərək mövcud şəbəkəyə qoşulub. Layihənin icrası nəticəsində 3 minədək sakinin  keyfiyyətli içməli suya çıxışı təmin olunub.

Gələcəkdə yeni yaradılmış infrastrukturdan Dəlilər və Musalı kəndlərindəki modul sutəmizləyici qurğuların çıxış xətlərinə birləşmə veriləcək .

 

Вся лента