Doqquz ayda 200 milyon manata yaxın xalis mənfəət əldə edən Bank - Hesabat

14:31 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı ASC 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 197 milyon 182 min xalis mənfəətlə başa vurub.

ABC.AZ-ın məlumatına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 61 milyon 785 min manat və ya 45,6% çoxdur.

Müqayisə üçün qeyd edək ki, ABB 2020-ci ilin 9 ayını 135 milyon 397 min manat xalis mənfəətlə bağlamışdı.

Müəllif: Elmir Murad

Вся лента