ATB “Skyscanner” platforması ilə əməkdaşlığa başlayıb - Detallar

16:01 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Azərbaycan Turizm Bürosu metaaxtarış mühərriki vəzifəsini daşıyan, aviabiletlər, hotel və avtomobil icarəsini əlçatan edən “Skyscanner” platformasında onlayn kampaniyaya start verib.

Dövlət Turizm Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, kampaniya çərçivəsində “www.skyscanner.net” saytında beynəlxalq platformanın İsrail, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan istifadəçiləri üçün Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ingilis dilində ətraflı məlumatlar yerləşdirilib.

Belə ki, platforma istifadəçiləri əsas səhifəni sadalanan ölkələr üzrə dəyişdikdə Azərbaycan haqqında maraqlı məlumatların yerləşdirildiyi səhifəyə yönləndirilirlər. Həmin səhifədə isə ölkəmizin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış obyektləri, memarlıq və sənətkarlıq nümunələri, təbiəti, multikultural mühiti haqqında geniş məlumat öz əksini tapır.

 


Вся лента