Fond 10 ayda 300 milyon manatlıq ipoteka krediti verib

17:09 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (Fond) xətti ilə 2021-ci ilin 10 ayı ərzində vətəndaşlara Fondun fəaliyyət dövrü ərzində illər üzrə ən yüksək məbləğdə və sayda ipoteka krediti verilib.

Fonddan ABC.AZ-a verilən məlumata görə, Fondun xətti ilə cari ilin yanvar ayından bugünədək müvəkkil banklar tərəfindən 4538 sayda 300 milyon manat məbləğində ipoteka kreditinin verilməsi təmin edilib.

Ümumilikdə, 2006-cı ildən bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 940 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.

 

Вся лента