"Sony Group"un mənfəəti rekord qıracaq – Proqnoz

17:15 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Yaponiyanın "Sony Group" korporasiyası cari maliyyə ili üçün əməliyyat mənfəətinin rekord səviyyəyə çatacağını proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, hesabat dövrü üçün əməliyyat mənfəətinin ilk dəfə olaraq 1 trilyon Yapon yenini ötməklə 1,04 trilyon yen (9,1 milyard dollar) olacağı gözlənilir.

Eyni zamanda xalis mənfəət 4,3% artaraq 730 milyard yenə (6,4 milyard dollar) çatmalıdır.

 

Вся лента