“Bank Respublika” “Möhtəşəm Noyabr” adlı silsilə kampaniyalara start verir!

03.11.2021,14:42


3 noyabr, Fineko/abc.az. Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən “Bank Respublika” ASC “Möhtəşəm Noyabr” adlı silsilə kampaniyalara start verir.

İlk olaraq kampaniya çərçivəsində dekabrın 1-nə qədər “Bank Respublika”ya müraciət edən istənilən peşə sahibləri maksimal müddәti 48 ay olan nağd istehlak kreditlərini 10% ENDİRİM ilə götürmək fürsətini əldə edəcəklər. 50 000 manata qədər nağd istehlak kreditlərini 15%-dən başlayan illik faiz dərəcəsi ilə və ZAMİNSİZ əldə etmək mümkün olacaq.

Ən önəmli məqamlardan biri də odur ki, “Bank Respublika”dan daha öncə kredit götürən müştərilər banka gəlmədən onlayn müraciət edərək krediti birbaşa kartlarına almaq imkanı da qazanacaqlar. Krediti onlayn sifariş edən müştərilər həmçinin KOMİSSİYADA 50% ENDİRİM əldə edə biləcək.

"Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq “Bank Respublika”nın rəsmi saytındanfacebook səhifəsindən, eləcə də “WhatsApp”da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ключевые слова: Bank Respublika