Azərbaycanda 20 bankın öhdəlikləri artıb

12:02 - 10.11.2021


10 noyabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu il oktyabrın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (85,7%), ən az azalma isə İran bankında (1,2%) qeydə alınıb.
Qalan 20 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Naxçıvan Bank” ASC-də (45,1%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (1,9%) qeydə alınıb.

Вся лента