Depozit portfeli azalan banklar - Siyahı

10:40 - 11.11.2021


11 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (85,9%), ən az azalma isə “Premium Bank”da (0,6%) qeydə alınıb.
Qalan 21 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Naxçıvan Bank” ASC-də (79,9%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (0,3%) qeydə alınıb.

Вся лента