Əməliyyat gəlirləri azalan banklar- Siyahı

10:03 - 17.11.2021


17 noyabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən banklardan bir neçəsinin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Bank BTB”, “Premium Bank”, “Azərbaycan Sənaye Bankı”, “Xalq Bank” və “AFB Bank” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma “AFB Bank”da (30%), ən az azalma isə “Bank BTB”də (2,4%) qeydə alınıb.

Bir sıra bankların isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (2 dəfə), ən aşağı dinamika isə “Access Bank” QSC-də (1,2%) qeydə alınıb.

Вся лента