Faiz gəlirləri 100 mln manatı keçən banklar - Siyahı

10:18 - 18.11.2021


18 noyabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri 100 milyon manatdan çox olub.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Kapital Bank” (347,661 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (323,735 milyon manat) və “PAŞA Bank” (194,336 milyon manat) ASC-lərdir.

Qalan 23 bankdan 19-də faiz gəlirləri 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.

9 ayda faiz gəlirləri azalan banklar - Siyahı

Вся лента