9 ayda faiz xərcləri azalan banklar – Siyahı

12:26 - 23.11.2021


23 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ  renkinq.az-a istinadla  xəbər verir ki, bunlar “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Azərbaycan Sənaye Bankı”, “Yelo Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Premium Bank” və “AFB Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Qalan 16 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (53,1%), ən aşağı dinamika isə “Access Bank” QSC-də (3,9%) qeydə alınıb.

Вся лента