Mərkəzi Bankdan kredit təşkilatları barədə qərar

17:17 - 26.11.2021


26 noyabr, Fineko/abc.az. Kredit İttifaqları haqqında qanuna ediləcək dəyişikliklərə əsasən, bundan sonra banklar və bank olmayan kredit təşkilatları kimi kredit ittifaqları da hər bir borc alan haqqında məlumatı mərkəzi bankın yanında mərkəzləşmiş kredit reyestirinə (MKR) və kredit bürosuna təqdim edəcək. ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərarı təsdiqləyib. Qərar 12 noyabr 2021-ci tarixində təsdiqlənib. Bununla da banklar və bank olmayan kredit təşkilatları ilə yanaşı, kredit ittifaqları da hesabatlı olacaqlar. Bu isə o deməkdir ki, qiymətləndirmə prosesinin sadələşdirilməsi, tezləşməsi büronun xidmətlərindən, xüsusilə kredit hesabatından yararlanma imkanları ilə təmin olunacaq.
Вся лента