Gəncədə güzəştli şərtlərlə satılan evlər belə olacaq - Video

10:09 - 29.11.2021


29 noyabr, Fineko/abc.az.  Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Gəncə Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif edilir.

MİDA-dan ABC.AZ-a verilən məlumata görə, agentliyin digər layihələrində olduğu kimi Gəncə Yaşayış Kompleksində də güzəştli mənzillər ənənəvi olaraq 2 cür təmir edilib.

Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Gəncə Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə Agentlik tərəfindən mənzillərin görüntülərini təqdim edən video-çarx hazırlanıb. Çarxı sizə təqdim edirik.

https://www.youtube.com/watch?v=qqMqruzW50U

Вся лента