“Azəriqaz” Lənkəranda sahibkarlarla görüş keçirəcək

11:10 - 30.11.2021


30 noyabr, Fineko/abc.az.  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Lənkəran rayonunda təşkil olunacaq.

ABC.AZ  “Azəriqaz”a istinadən xəbər verir ki, "Azəriqaz"ın rəhbər şəxsləri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində (Mədəniyyət evinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” dekabrın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

Вся лента