Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq - Nazir

15:45 - 30.11.2021


30 noyabr, Fineko/abc.az.  2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar nəzərə alınıb.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası zamanı nazir Sahil Babayev bildirib.

O qeyd edib ki, əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. "Bu islahat 1 milyonadək işçini əhatə edəcək. O cümlədən, minumum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq" deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad

Вся лента