Car ildə avtomobillərin könüllü sığortası 18% artıb

01.12.2021,16:12


1 dekabr, Fineko/abc.az. Cari ilin 10 ayında sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 32 milyon 436 min manat sığorta haqları hesablanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 482 min manat və ya 1,5% çoxdur. 2020-ci ilin yanvar-oktyabr dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 31 milyon 954 min manat sığorta haqları hesabalanmışdı.

2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında könüllü avtomobil sığortası üzrə ödənişlər 1 milyon 956 min manat və ya 18,5% artaraq 12 milyon 508 min manat təşkil edib. Ötən ilin 10 ayında KASKO üzrə ödənişlər 10 milyon 552 min manat olmuşdu.