“MuğanBank”ın İdarə Heyətində dəyişiklik olub

17:16 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. “MuğanBank” ASC-nin İdarə Heyəti üzvlərinin tərkibində dəyişiklik baş verib.

ABC.AZ banker.az-a istinadla xəbər verir ki,  Etibar Qasımlı və Şakir Allahverdiyevin adları İdarə Heyəti üzvlərinin siyahısından çıxarılıb.

Etibar Qasımlı 24 yanvar 2005-ci ildən “Muğanbank”ASC-nin İdarə Heyəti sədrinin müavini idi.

Şakir Allahverdiyev 3 mart 2006-cı ildən “Muğanbank” ASC-nin Kreditlərə Nəzarət Departamentinin direktorudur. İdarə Heyətinin üzvüdür.

“MuğanBank”ın səhmdarlarının qərarı ilə, Asif Əzizov İdarə Heyətinin üzvi seçilib. O, buna qədər Risklərin idarəedilməsi departamentinin direktoru idi.

Hazırda banka sədrliyi Elnur Abbasov vəzifənin müvəqqəti əvəzedicisi kimi edir.

Beləliklə, bankın İdarə Heyəti 5 nəfərdən ibarət olacaq.

 

Вся лента