Tələbə təhsil kreditləri ilə bağlı müracuətlər başlayıb - Nazirdən açıqlama

02.12.2021,14:46


2 dekabr, Fineko/abc.az. Tələbə təhsil kreditlərinin verilməsi üçün müraciətlərə yeni başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, artıq bir neçə yüz tələbə prosesi tam olaraq yekunlaşdırıb, bəzilərinə hətta təsdiq də vermişik.

Onun sözlərinə görə, kreditlərin verilməsi ilə bağlı problem iki qismə bölünür: "Sistem yeni olduğundan hər hansı çatışmazlıq, qüsur və nöqsanların olması gözləniləndir. Təbii ki, bunların aradan qaldırılması labüddür. Hesab edirəm ki, həmin problemlər zamanla aradan qaldırılacaq. 18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır".