"Tiktok"un sahibi daha bir sahəyə investisiya qoyur

02.12.2021,15:22


2 dekabr, Fineko/abc.az. "Tiktok"un sahibi olan ByteDance şirkəti, Çində ilk müstəqil e-ticarət tətbiqini işə salmağa hazırlaşır.

ABC.AZ xəbər verir ki, şirkət bununla da reklam sahəsi ilə bərabər, bir sıra böyük şirkətlərlə də rəqabət aparacaq.

"Douyin Box" olaraq adlandırılan tətbiq indi test mərhələsindədir. Yeni tətbiq ölkədəki gənc seqmentə moda və həyat tərzi məhsulları təmin edəcək. Qeyd edək ki, "Tiktok" və məlumat platforması "Toutiaon"un sahibi ByteDance, dünyanın ən qiymətli startaplarından biridir. Müəllif: Elmir Murad