“Standard Insurance”ın baş ofisi satışa çıxarılır - 10-cu hərrac keçiriləcək

16:47 - 2.12.2021


2 dekabr, Fineko/abc.az. Dekabrın 8-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 10-cu hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək. Əmlak üçün ilkin qiymərti ilə müqayisədə təxminən 2 dəfə az - 1,035 milyon manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 10 350 manat beh kimi ödənilməlidir.

 

Вся лента