Ünvanlı sosial yardımın təyinatı şərtləri yumşaldılıb - Sahil Babayev

17:05 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. Hər ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği son üç ildə 82% artıb.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, ünvanlı sosial yardımın orta aylıq məbləği 270 manatı ötüb.

“Eyni zamanda, ötən il ünvanlı sosial yardımın təyinatı şərtləri yumşaldılıb,  aztəminatlı ailələrin proqrama əlçatanlığı artırılıb. Məqsəd budur ki, aztəminatlı ailələr daha rahat şəkildə bu yardımı ala bilsinlər” deyə nazir qeyd edib.

 

Вся лента