Cari ildə əmtəə idxalının həcmi açıqlanıb

10:37 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. 2021-ci ilin 9 ayı dövründə əmtəə idxalı 0,9% artaraq 7,5 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3,6 milyard dollar olub, bunun da 1,2 milyard dolları ərzaq məhsullarının payına düşür.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə idxal 3,2 % artaraq 6,2 milyard dollar olub.

Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (1,9 dəfə), əczaçılıq məhsullarının (1,5 dəfə), ətir və kosmetik vasitələrinin (44 %), minik avtomobillərinin (40%), dəmir yolu nəqliyyat vasitələrinin (39,4%), şəkərin (36,6%), mebel məhsullarının (25,6%), alkoqollu və alkoqolsuz içkilərinin (21%), daş və şüşə məmulatlarının (20%), ağac məmulatlarının (16,3%), tütün və tütün məhsullarının (12%), tərəvəz məhsullarının (10,4%), kağız məmulatlarının (7 %) və palma yağının (4,5%) idxalı artıb, uçuş aparatlarının (11,4 dəfə), dənli bitkilərin (13,5%), metalların (11,4%), sabun və yuyucu vasitələrinin (8%) və kərə yağının (6,7%) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8,4% təşkil edərək 0,6 milyard dollar olub.

 

Вся лента