Neft ucuzlaşır, Brent $74,22/barel təşkil edir

09:45 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün düşəndən sonra çərşənbə axşamı ticarətdə azalır.

Saat 9:35-də London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin fevral fyuçersi $0,17 (0,23%) barel başına $74,22-a düşüb. Dekabrın 13-də baş tutan ticarətin nəticələrinə görə, fevral ayı üçün Brent neftinin fyuçers qiyməti $0,76 (1,01%) - barrel başına $74,39-a düşüb.

Saat 9:35-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin yanvar ayına olan fyuçersi $0,21 (0,29%) - barrel başına $71,08-ə qədər azaldı. Dekabrın 13-də hərracların nəticələrinə görə, yanvar fyuçerslərinin qiyməti $0,38 (0,53%) – barrel başına $71,29-a düşüb.

 

Вся лента