MTRŞ-nın adı dəyişdirilir?

16:18 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. “Media haqqında” qanun layihəsinə əsasən, Milli Televiziya və Radio Şurasının funksiyalarını Azərbaycan Audioviziual Şurası yerinə yetirəcək. Başqa sözlə, Milli Televiziya və Radio Şurasının adının Azərbaycan Respublikasının Audiovizual Şurası olaraq dəyişdirilməsi təklif olunur”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov bildirib.

MTRŞ sədri deyib ki, layihədə qurumun səlahiyyətlərinin artırılması nəzərdə tutulmur, sadəcə, Audiovizual Şuranın tənzimləmə sahəsi bir qədər geniş olacaq: “Artıq könüllü olaraq “Media haqqında” yeni qanuna uyğun olaraq fəaliyyət göstərmək istəyən internet telekanalların fəaliyyəti Audiovizual Şura tərəfindən tənzimlənəcək. Ancaq bu halda qurumun səlahiyyətinin artırılması, yaxud azaldılması məsələsi yoxdur”.

 

Вся лента