"Bank Respublika" istiqraz buraxır

10:17 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə"Bank Respublika" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, hər bir istiqrazın nominal dəyəri 1 min manat, sayı 10 min ədəd, illik faiz dərəcəsi 8,5%, faizlərin ödəniş müddəti hər 6 aydan birdir.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazlar dekabrın 16-da, rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.

"Bank Respublika" istiqrazların yerləşdirilməsilə cəlb ediləcəyi vəsaiti əsasən Bankın kredit portfelinin artırılması və digər layihələrin maliyyələşdirilməsi üçün istifadə ediləcək.

Вся лента