Fed faiz qərarını açıqlayacaq - Bütün diqqət ABŞ-da

11:54 - 15.12.2021


15 dekabr, Fineko/abc.az.  Bu gün ABŞ Mərkəzi Bankı (Fed) Bakı vaxtı ilə saat 23:00-da növbəti faiz qərarını açıqlayacaq.

ABC.AZ xəbər verir ki, analitiklər ABŞ-da inflyasiya təxminən 40 ilin ən yüksək səviyyəsinə çatdığında Fed-in monetar təşviqlərini dayandırmağı sürətləndirəcəyi və pul siyasətini sərtləşdirəcəyini gözlədiklərini bildiriblər. İqtisadçılar hesab edir ki, Fed faizi dəyişdirməyərək sıfır səviyyəsinə yaxın (0,25%) saxlayacaq.

"Fed ehtimalla qiymətli kağız alışlarını azaltmaq sürətini artıra bilər. Pandemiya ilə əlaqədar olaraq tətbiq edilən təşviqlərin mərhələli şəkildə ləğv edilməsinin, 2022-ci ildə faizin artırılması üçün zəmin yaradacaq" deyə iqtisadçılar bildirib.

Müəllif: Elmir Murad

Вся лента