“Azəriqaz” “Azərististiliktəchizat”-a bir həftə möhlət verdi - Borcu ödəyin

15:44 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. "Azərististiliktəchizat” ASC-nin “Azəriqaz”a olan 34 milyon manatdan artıq borcunu Azərbaycan hökuməti öz üzərinə götürüb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

O xatırladıb ki, noyabrın 14-də “Azəriqaz” və “Azəristiliktəchizat”ın rəhbərliyi arasında danışıqlar olub:

“Çünki bir gün sonra, yəni noyabrın 15-də qış rejiminə keçid olacaqdı. Bu baxımdan vətəndaşların evlərinə istiliyin verilməsi zərurəti yaranmışdı. Danışıqların nəticəsi olaraq, “Azəriqaz” bu quruma yaranmış borcun ödənilməsi üçün bir həftəlik möhlət verdi. Burada söhbət 34 milyon manatdan çox vəsaitdən gedirdi. Amma “Azəristiliktəchizat” bu vəsaitin 14 milyon manatını mübahisəli predmet kimi qiymətləndirirdi və 20 milyon manatın üzərində olan məbləğdən danışırdı. Buna baxmayaraq, “Azəriqaz” quruma bir həftə möhlət verdi”.

 

Вся лента