Çin ÜDM baxımından ABŞ-ı keçəcək - Proqnoz

11:20 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. Çin 2033-cü ildə ümumi daxili məhsul (ÜDM) baxımından ABŞ-ı keçəcək, lakin ABŞ 2050-ci ildə liderliyini bərpa edə bilər.

ABC.AZ-ın məlumatına görə, belə bir proqnoz Yaponiya İqtisadi Araşdırmalar Mərkəzinin ekspertləri tərəfindən hazırlanıb.

Keçən ilin dekabrında analoji hesabatda Mərkəzin mütəxəssisləri Çinin 2028-ci ildə ÜDM-ə görə ABŞ-ı keçəcəyini proqnozlaşdırmışdılar.

Bununla belə, onlar indi Çində əmək məhsuldarlığının artımında müşahidə olunan yavaşlamanı və azalan əhalinin artan təsirini nəzərə alaraq hesablamalarına yenidən baxıblar.

Yapon ekspertləri hesab edirlər ki, əhalinin qocalması sosial sahəyə ayırmaların artmasına səbəb olacaq ki, bu da Pekinin yüksək texnologiyalı sənayenin dövlət tərəfindən stimullaşdırılması sahəsində imkanlarını azaldacaq.

 

Вся лента