“Turan Bank”dan Fövqəladə Hallar Nazirliyi işçilərinə özəl kredit kampaniyası!

14:14 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. “Turan Bank” ASC Fövqəladə Hallar Nazirliyi işçilərini peşə bayramı günü münasibətilə təbrik edir və bayram kampaniyasına başlayır.

Kredit kampaniyasının şərtlərinə uyğun olaraq nazirlik işçiləri bu gündən dekabrın 24-nə qədər nağd pul kreditlərini komissiyasız və aylıq 29,9 manat ödənişlə əldə etmək imkanı qazanırlar. Bu da hələ son deyil. Bankdan 10 000 manatdan çox kredit əldə etmiş müştərilərə Universal debet kartı pulsuz hədiyyə ediləcək.

Göstərilən tarixlərdə “Turan Bank”ın istənilən filialına müraciət edərək bayram hədiyyəsini əldə etmək mümkündür.

Kampaniya haqqında daha ətraflı  https://bit.ly/3DZgfo3 linkinə keçidlə tanış ola bilərsiniz.

1992-ci ildən etibarən fəaliyyət göstərən “Turan Bank” 17 xidmət məntəqəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBankın rəsmi veb səhifəsini https://bit.ly/2QRt5C5  və yaxud sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

“Turan Bank”

Bizimlə etibarlıdır ...

Вся лента