Neft ucuzlaşır, Brent bir barelə $74,22 təşkil edir

09:40 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Neftin etalon markaların  qiymətləri əvvəlki hərracların yekunları üzrə yüksəlişdən sonra cümə günü hərracda azalır.

Saat 9:20-də London ICE Futures birjasında keçirilən hərracda  Brent neftinin fevral fyuçersi $0,80 (1,07%) - barrel başına $74,22 ucuzlaşıb. Dekabrın 16-da baş tutan ticarətin nəticələrinə görə, fevral ayı üçün Brent neftinin fyuçers qiyməti $1,14 (1,54%) - bir barelə $75,02-a yüksəldi.

Saat 9:20-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin yanvar fyuçersi $0,86 (1,19%) - barrel başına $71,52-ə qədər düşüb. Dekabrın 16-da baş tutan hərracların nəticələrinə görə,  WTI-nin  yanvar fyuçerslərinin qiyməti $1,51 (2,13%) artaraq barelə görə $72,38-ə yüksəlib.

 

Вся лента