17:08 - 17.12.2021
17 dekabr, Fineko/abc.az. Dekabrın ötən dövründə kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməyib, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləyib.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Faiz dəhlizinin parametrləri haqqında" açıqlamasında bildirilir.
Qeyd edilib ki, ötən iclaslarda qəbul edilən pul siyasəti qərarları müəyyən zaman intervalı ilə monetar amillərin inflyasiya üzərində məhdudlaşdırıcı təsirlərini gücləndirməkdədir.
Qiymətləndirmələrə görə inflyasiyanın formalaşmasında monetar amillərin payı 10%-dən də aşağıdır və azalma meyillidir.
Başlıca balanslaşdırıcı rola malik olan məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır.
Monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi pulun həm kəmiyyəti, həm də dəyəri vasitəsilə reallaşmaqdadır. İlin əvvəlindən pul bazası cəmi 5.1% artıb.
Müəllif: Elmir Murad
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
17 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024