Rövnəq Abdullayev maaşlardan danışdı - SOCAR-da əməkhaqqı artacaq?

14:41 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqı artırılacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Bizdə maaşlar mimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.

 

Вся лента