Bu quruma yeni rəhbər gətirildi - Təyinat

17:32 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında yaradılan quruma yeni rəhbər təyin edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Toğrul İsalı “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.

T.İsalı, 2019-cu ilin dekabrından bu tərəfə  İqtisadiyyat Nazirliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin auditoru kimi fəaliyyət göstərirdi.

T.İsalı həmçinin “Akkord” şirkətində baş maliyyə inzaibatçısı kimi çalışıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin iyunundakı fərmanı ilə İN yanında ƏMDX tabeliyində Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi yaradılmışdı.

Вся лента