Avtobus parkı elektriklilərlə əvəzlənir – BNA hədəfini açıqladı

10:04 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Ötən 6 ildə avtobus parkının 34%-i ekoloji təmiz, “Avro6” standartlı, CNG müəhərrikli avtobuslara əvəzlənib.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir.

Qeyd edilib ki, dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.

2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3% (32,5 ton), adambaşına düşən göstərici isə 5,8%, yaxud 5,9 kq azalıb.

Müəllif: Elmir Murad

 

Вся лента