Banklara etibar çoxalıb? - Müştərilərinin sayı kəskin artıb

17:10 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin noyabr ayına  11 700 301 nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 988 582 nəfər olub. Bu da illik müqayisədə bank müştərilərinin 2 711 719 nəfər artması deməkdir.

Bu ilin oktyabr ayında bank müştərilərinin sayı 11 417 007 nəfər təşkil edib.

Belə ki, aylıq müqayisədə 283 294 nəfər artıb. Bank müştərilərindən 11 574 951 nəfəri fiziki şəxslər, 125 350 nəfəri isə hüquqi şəxslər olub.

Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 285 758 nəfər artıb, hüquqi şəxslərin sayı 2 464 nəfər azalıb.

 

Вся лента